AFFA millinin oyunu ilə bağlı UEFA-dan cavab gözləyir
12.05.2015 - 09:40
AFFA millinin oyunu ilə bağlı UEFA-dan cavab gözləyir

AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət yığmamızın Farer adaları ilə oyunu əvvəlcədən nəzərdə tutulmuş tarixdə keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, iyunun 15-də baş tutmalı olan qarşılaşmanın 2 gün sonraya salınacağı gözlənilir.

 

Buna səbəb Farer adaları Federasiyasının UEFA-ya müraciət etməsidi. Belə ki, farerlilər qitə futbol qurumundan xahiş edib ki, millimizlə qarşılaşma iyunun 15-də keçirilməsin.

 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu saytımıza açıqlamasında UEFA-dan cavab gözlədiklərini bildirib: “Farer adaları Federasiyası UEFA-ya müraciət edib. Həmin vaxt əsas milliləri də oynayır, bundan əlavə otel problemi ilə üzləşə bilərlər. Məhz bu səbəbdən oyunun iyunun 17-də keçirilməsini xahiş ediblər. Hələ ki, UEFA matçın tarixini təsdiqləməyib”.

 

 

 

0