[b]Azərbaycanlı idmançının Türkiyədəki çempionluğu ləğv edildi[/b]
16.05.2015 - 16:39
[b]Azərbaycanlı idmançının Türkiyədəki çempionluğu ləğv edildi[/b]

Azərbaycanlı atlet Ramil Quliyevin Türkiyədə təşkil edilən turnirdə qazandığı çempionluq ləğv edilib. Apasport.az saytının məlumatına görə, Sparta Süleyman Dəmirəl Universitetinin ev sahibliyi etdiyi ənənəvi turnirin nəticələri hesaba alınmayıb.

 

Quliyev 100 m məsafəyə qaçışda qızıl medal almaqla yanaşı, özünün sahib olduğu Türkiyə rekordunu 0,08 saniyə yaxşılaşdırmasına (10,12) baxmayaraq, Beynəlxalq Atletika Federasiyası (IAAF) qanun pozuntusuna yol verildiyini aşkarlayıb.

 

Belə ki, 100 m məsafəyə qaçış üçün 52 idmançı müraciət edincə, digər yarışlara vaxt azlığı yaranıb. Yerli federasiya isə ilk mərhələlərin tez başa çatması üçün anormal addım atıb və 6 cığırlı pistdə cığırları daraldaraq, daha bir xətt çəkib. Nəticədə bir dəfəyə 6 yox, 7 atlet mübarizə aparmalı olub.

 

Bundan xəbərdar olan IAAF rəhbərliyi yarışın nizamnaməyə uyğun olmadığını qərara alıb. Həmçinin start xəttinin də 7 sm qısa olduğu üzə çıxıb.

 

Kütahya Dumlupınar Universitetində təhsil alan Ramil Quliyev qazandığı bu uğurla Rio-de-Janeyro Olimpiasının normativini ödəməklə yanaşı, Cənubi Koreyada keçiriləcək Universiadada iştirak hüququ da əldə etmişdi. Lakin nəticələrin ləğv edilməsi həmyerlimizin arzusunu ürəyində qoyub.

0