“Qarabağ”ın maraqlandığı futbolçu Bakıya gəldi
20.05.2015 - 14:36
 “Qarabağ”ın maraqlandığı futbolçu Bakıya gəldi

“Qarabağ”ın transfer gündəmində yer alan Taşkın İltər Azərbaycana gəlib. Apasport.az saytı xəbər verir ki, Bakıya baxışa dəvət olunan gənc yarımmüdafiəçi Ağdam klubunun düşərgəsinə qatılıb.

 

Klubdan saytımıza verilən məlumata görə, İltər “Qarabağ”ın heyətində ilk məşqə elə bu gün çıxacaq. Təxminən 17:00-da start götürəcək məşqdə onun da iştirak edəcəyi dəqiqləşib.

 

Almaniyanın “Ayntraxt” (Braunşveyq) klubunun üzvü olan Taşkın iyunun əvvəlinə kimi Bakıda qalacaq. Təxminən 2 həftə ərzində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onun çıxışını izləyəcək.

 

Baxışdan uğurla keçəcəyi təqdirdə, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü ilə müqavilə imzalanacaq. Əks təqdirdə, İltər Almaniyaya yola salınacaq.

 

Qeyd edək ki, 1994-cü ildə Almaniyada anadan olan İltər milliləşmiş legioner sayılır. O, U-21-ə qədər U-19-da da çıxış edib. Bundan əlavə, Taşkın millimizin sabiq baş məşqçisi Berti Foqtsun dövründə əsas yığmaya da dəvət alıb. 

0