[b]Samir Ələkbərov milli komandaya gətirildi[/b]
21.05.2015 - 12:02
[b]Samir Ələkbərov milli komandaya gətirildi[/b]

Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin məşqçisi Samir Ələkbərov milli komandaya gətirilib. Apasport.az saytının əldə etdiyi məlumata görə, keçmiş hücumçu 21 yaşadək futbolçulardan ibarət yığmaya köməkçi-məşqçi təyin olunub.

 

Yəni, Ələkbərov bundan sonra U-21-in baş məşqçisi Yaşar Vahabzadənin köməkçisi funksiyasını yerinə yetirəcək.

 

Məlumatı dəqiqləşdirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. O, xəbərin doğru olduğunu bildirdi: "Düz söhbətdi. Samir Ələkbərov U-21 yığmasına köməkçi-məşqçi təyin olunub". 

 

Qeyd edək ki, uzun müddət işsiz olan Samir Ələkbərov bu yaxınlarda “Mançester Yunayted” Futbol Məktəbində ingiltərəli mütəxəssis Mik Bennettin köməkçisi təyin olunmuşdu.

 

0