[b]Çempionlar Liqası: Çexiyalılar “Qarabağ”la qarşılaşmaq istəmirlər[/b]
21.05.2015 - 13:30
[b]Çempionlar Liqası: Çexiyalılar “Qarabağ”la qarşılaşmaq istəmirlər[/b]

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avropada arzuolunmaz rəqiblərdən hesab olunur. Apasport.az saytının məlumatına görə, Çexiya mətbuatı Topaz Premyer Liqasının qalibini qeyri-münasib rəqib elan edib.

 

Belə ki, bu ölkədən olan həmkarlarımız Çexiya çempionu “Viktoriya”nın mümkün rəqiblərini dəyərləndirib. Yarışa III təsnifat mərhələsindən başlayacaq Plzen təmsilçisi burada səpələnmişlər sırasında olacaq.

 

Çexiyalılar II təsnifat mərhələsinin qalibi olub, növbəti raundda səpələnməyən komandalardan biri ilə üz-üzə gələcək. 5 klubu - “Qarabağ”, həmçinin HİK (Finlandiya), “Malmö” (İsveç), “Molde” (Norveç) və “Videoton”u (Macarıstan) potensial rəqiblər sırasında görən həmkarlarımız onların hər birini ayrı-ayrılıqda dəyərləndirib.

 

Onlar Azərbaycan çempionundan çəkindiklərini etiraf ediblər: “Qarabağ” münasib olmayan rəqibdi. Azərbaycan Çexiyadan uzaqdı. Həm də “Qarabağ” təcrübəli komandadı. Onlar bu il çempionluq titulunu qoruyub. “Qarabağ” öz meydanında maksimal dərəcədə güclü olur. Bu komandanın əsas üstünlüyü bir neçə braziliyalı futbolçusunun olmasıdı”.

 

Qeyd edək ki, “Qarabağ” cari mövsümdə də II təsnifat mərhələsində səpələnmişlərdən olacaq.

0