“Real”ın futbolçusuna “Yuventus”dan təklif
21.05.2015 - 15:19
“Real”ın futbolçusuna “Yuventus”dan təklif

Madrid “Real”ının almaniyalı futbolçusu Sami Xedira karyerasını İtaliyada davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, “Yuventus” 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

 

Qarşı tərəflə danışığa start verən turinlilər Xediranı transfer etməkdə israrlıdılar. Ancaq bu keçidin baş tutması üçün “qoca sinyora” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Xedira ilə “Şalke” də yaxından maraqlanır. Almanlar da təcrübəli futbolçunu razı salmağa çalışırlar.  

 

Qeyd edək ki, Xedira “Real”a 2010-cu ildə “Ştutqart”dan transfer olunub. 

0