Azərbaycan çempionu üçün təqvim
21.05.2015 - 15:45
Azərbaycan çempionu üçün təqvim

UEFA-nın Gənclər Liqasının təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, ilk dəfə Azərbaycan klubunun mübarizə aparacağı yarış sentyabrın 15-də start götürəcək.

 

Həmin gün Çempionlar Liqasının qrupunda çıxış edən 32 komandanın U-19 təmsilçiləri mübarizəyə qoşulacaq. Lakin təmsilçimizin mübarizə apardığı öz çempionatlarının qalibi olan digər 32 komanda nisbətən gec start götürəcək.

 

Belə ki, “Çempionlar yolu” ilə qüvvəsini sınayacaq komandalar ilk oyunlarını sentyabrın 30-da, cavab matçlarına isə oktyabrın 21-də çıxacaq. Növbəti raundun qarşılaşmaları isə noyabrın 4-də və 25-də keçiriləcək. Bu 2 mərhələni adlayacaq klublar 2016-cı ildə pley-offda oynamaq hüququ qazanacaq. Bu turnirdə Azərbaycanı U-19 Liqasının çempionu olan “Rəvan” təmsil etməlidi.

 

Qeyd edək ki, artıq təmsilçimizin bəzi potensial rəqibləri də bəllidi. “Mançester Yunayted” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Ayaks” (Hollandiya), “Standard” (Belçika), “Zalsburq” (Avstriya), “Pribram” (Çexiya), “Vitorul” (Rumıniya), “Makkabi” (Təl-Əviv. İsrail), APOEL (Kipr), “Dinamo” (Minsk, Belarus), “Aberdin” (Şotlandiya), “Haken” (İsveç), “Liteks” (Bolqarsıatan), “Brann” *(Noirveç), “Senitsa” (Slovakiya), “Zimbru” (Moldova) əsas komandaları qrupa düşməsə, təmsilçimizə potensial rəqib olacaq.

 

0