Malta – Azərbaycan oyununun keçiriləcəyi stadion - FOTO
21.05.2015 - 16:18
Malta – Azərbaycan oyununun keçiriləcəyi stadion - FOTO

Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Malta yığması ilə keçirəcəyi səfər oyununun stadionu dəqiqləşib.

 

Belə ki, Malta – Azərbaycan qarşılaşması sentyabrın 6-da, Ta-Qali şəhərindəki Malta Milli stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

 

0