İnyesta: Xavi ilə heç kim müqayisə oluna bilməz
21.05.2015 - 16:52
İnyesta: Xavi ilə heç kim müqayisə oluna bilməz

“Xavini tərifləmək üçün daha kompliment qalmayıb. Onunla heç kim müqayisə oluna bilməz. Xavi həm insan, həm də futbolçu kimi ən xoş sözlərə layiqdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın təcrübəli futbolçusu Andres İnyesta deyib.

 

31 yaşlı futbolçu mövsümün sonunda “Əl-Sədd” klubuna keçəcək komanda yoldaşı Xavi Ernandes haqda danışıb. İnyesta Xavi barədə müsbət fikirlər səsləndirib: “Xavinin bu vaxta gördüyü bütün işlər yadda qalan olub. O, “Barselona”nın, eləcə də İspaniya yığmasının əsas fiqurlarından olub. Karyeramın bu vaxta qədərki bütün hissəsini onun yanında keçirmişəm. Bu mənim üçün qürurvericidi. Xavi “Barselona” tarixində iz qoymağı bacardı”.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi doğma klubunda bu vaxta qədər 764 oyunda 84 qola imza atıb.  

 

0