[b]“İnter” “Qarabağ”a qalib gəlib liderliyə yüksəldi[/b]
21.05.2015 - 18:08
[b]“İnter” “Qarabağ”a qalib gəlib liderliyə yüksəldi[/b]

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında XXXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, oyunlardan 3-ü paytaxtda, biri isə Sumqayıtda baş tutub.

 

“Gənclik şəhəri”ndə baş tutan qarşılaşmada ev sahibləri “Xəzər Lənkəran”a qalib gəlib.

 

AZAL “Simurq”la bərabərliyə razılaşıb, “Neftçi” isə “Bakı”nı məğlub edib.

 

“İnter”in “Qarabağ”la oyunu da kifayət qədər maraqlı alınıb. “İnter Arena”da baş tutan qarşılaşmada “bankirlər” “atlılar”ı minimal hesabla məğlub edərək turnir cədvəlində liderliyə yüksəliblər.

 

“Sumqayıt” 2-1 “Xəzər Lənkəran”
Qollar: Şahin Əliyev, 28, 65 - Elsevər Bəkirzadə, 73

 

AZAL 1-1 “Simurq”
Qollar: Azər Məmmədov, 54 - Vüsal İsgəndərli, 20

 

“Bakı” 0-1 “Neftçi”
Qol: Pərviz Qaraxanov, 90+1

 

“İnter” 1-0 “Qarabağ”
Qol: Mirsahib Abbasov, 79

0