[b]Mourinyo, Kuman, Aquero, yoxsa Keyn?[/b]
21.05.2015 - 18:39
[b]Mourinyo, Kuman, Aquero, yoxsa Keyn?[/b]

İngiltərədə futbol mövsümünün ən yaxşıları adına namizədlər açıqlanıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ilin ən yaxşı baş məşqçisi və ən yaxşı oyunçusu aşağıdakı futbol adamları arasından seçiləcək.

 

Ən yaxşı baş məşqçi adı uğrunda 5 mütəxxəsis mübarizə aparacaq. Bunlar, “Çelsi” ilə çempion olmuş Joze Mourinyo, “Southempton”un baş məşqçisi Ronald Kuman, “Suonsi”nin çalışdırıcısı Harri Monk, “Lester”dən Naycel Pirson və “Arsenal”ın əbədi baş məşqçisi Arsen Vengerdi.

 

Ən yaxşı oyunçu adı uğrunda isə çempion “Çelsi”dən Con Terri, Sesk Fabreqas, Eden Azar və Nemanya Matiç, “Mançester Siti”dən Serxio Aquero, “Mançester Yunayted”dən David de Xea, “Tottenhem”dən Harri Keyn və “Arsenal”dan Aleksis Sançes mübarizə aparacaq.

0