Fiqu geri addım atdı
21.05.2015 - 20:30
Fiqu geri addım atdı

Luiş Fiqu FİFA prezidentliyinə namizədliyini geri götürüb. Apasport.az saytının məlumatına görə, bu barədə nüfuzlu “SKY Sport” nəşri xəbər yayıb.

 

Bununla da FİFA prezidentliyinə namizədlərin sayı 2-ə enib. Bunlar hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyndir.

 

Xatırladaq ki, FİFA prezidentliyinə seçkilər mayın 29-da İsveçrənin paytaxtı Sürixdə keçiriləcək.

0