İngiltərə milli komandasında üç yeni ad
21.05.2015 - 21:08
İngiltərə milli komandasında üç yeni ad

İngiltərə milli komandasının baş məşqçisi Roy Hocson İrlandiya və Sloveniya ilə oyanayacaqları oyunlar üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hocson budəfəki toplanışa 3 yeni futbolçu dəvət edib.

 

“Kuinz Park Reyncers”dən Çarli Ostin, “Börnli”nin qapıçısı Tom Hitton və “Lester”dən Ceymi Vardi ilk dəfə milli komandanın toplanışına çağırılıblar.

 

Tam siyahı isə aşağıdakı kimdir.

 

Qapıçılar: Qrin, Hart, Hitton

 

Müdafiəçilər: Bertrand, Keyhill, Klayn, Gibbs, Yagielka, Cons, Smollinq

 

Yarımmüdafiəçilər: Barkli, Delf, Henderson, Lallana, Meyson, Milner, Sterlinq, Tausend, Valkott, Vilşer

 

Hücumçular: Ostin, Runo, Vardi, Uelbek

0