[b]"Pirloya karyerasını bitirməyə imkan verməyəcəyik"[/b]
21.05.2015 - 21:55
[b]"Pirloya karyerasını bitirməyə imkan verməyəcəyik"[/b]

Mövsümün sonunda “Barselona”nı “Əl Sədd”ə dəyişəcək Xavi Hernandez Çempionlar Liqası finalında qarşılaşacaqları “Yuventus”un futbolçusu Pirlo haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Pirlonu dünyadakı ən istedadlı futbolçu kimi təqdim edən Xavi, ona qarşı oynamağın zövq olduğunu deyib:

 

“Mən artıq 16-17 ildir ki, Pirloya qarşı oynayıram. Təəssüf ki, Berlindəki final bizim yaşıl meydanlardakı son qarşılaşmamız olacaq. Eşitmişəm Pirlo deyib ki, qalib gəlsələr karyerasını bitirəcək. Biz maksimum güclə çalışacağıq ki, buna imkan verməyək”.

0