"Qəbələ" çempiona 4 verdi
21.05.2015 - 22:36
"Qəbələ" çempiona 4 verdi

Topaz Premyer Liqasının sabah keçiriləcək XXXV turunda istirahət edəcək “Qəbələ” yoxlama oyunu keçirib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, mövsümün sonuncu turunun “Bakı” ilə ev oyununa hazırlaşan “qırmızı-qaralar” bu matçı da doğma meydanda keçirib. Roman Qriqorçukun yetirmələri I divizionun qalibi “Neftçala”nı sınağa çəkib.

 

Oyun qəbələlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına Sivakov, Mendi, Ekiqo və Ramil Həsənov imza atıb.

0