[b]Ağayev yığmaya çağırılmaya bilər[/b]
22.05.2015 - 09:58
[b]Ağayev yığmaya çağırılmaya bilər[/b]

“İnter” əsas qapıçısı Səlahət Ağayevin xidmətindən məhrum qalıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı qolkiper üçün artıq mövsüm başa çatıb.

 

Buna səbəb Ağayevin məşqlərin birində dizindən zədələnməsidi. Sol diz əzələsində cırılma əmələ gələn Səlahət hətta milli komandadan kənarda da qala bilər. Bunu yığmamızın üzvü özü saytımıza açıqlamasında deyib: “İnter”in son iki oyununda iştirak edə bilməyəcəm. Həkimlər 10-15 gün məşqlərdən kənarda qalmağımı məsləhət görüblər. Ondan sonra fərdi hazırlığa başlayacam. Açığı, yığma komanda toplaşana qədər hazır olub-olmayacağımı bilmirəm. Ola bilsin ki, bu dəfə yığmadan kənarda qaldım”.

 

Qeyd edək ki, yığma komandamız iyunun 7-də Serbiya ilə yoxlama görüşündə, 12-də isə Norveçlə Avro-2016-nın seçmə mərhələ matçında üz-üzə gələcək. 

0