“Neftçi”nin futbolçusu: “Sumqayıt” dan deyirlər ki, gəl, burda oyna
22.05.2015 - 11:27
“Neftçi”nin futbolçusu: “Sumqayıt” dan deyirlər ki, gəl, burda oyna

“Neftçi” daha bir yerli futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi Rəhman Hacıyev karyerasını Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”da davam etdirə bilər.

 

“Gənclik şəhəri” təmsilçisi 22 yaşlı futbolçunu birillik icarəyə götürmək fikrindədi və bununla bağlı təklif də edilib.

 

Məlumatı saytımıza açıqlamasında Hacıyev özü də təsdiqləyib: “Bəli, “Sumqayıt”dan təklif almışam. Deyirlər ki, gəl, burda oyna. Amma “Neftçi” ilə hələ ikiillik müqaviləm var. Həm də bura ona görə gəlməmişəm ki, 6 ay oynayıb gedim. “Neftçi” ilə çempion olmaq istəyirəm. Hər şey rəhbərliyin qərarından asılı olacaq”.

 

Qeyd edək ki, Rəhman Hacıyev “Neftçi”yə yanvarda Türkiyə klubu “Qaziantep BB”dən keçmişdi.

0