[b]“Türkiyə Superliqasında oynamaq istəyirəm” [/b]– Muarem Muarem
22.05.2015 - 12:00
[b]“Türkiyə Superliqasında oynamaq istəyirəm” [/b]– Muarem Muarem

“Qarabağ”dan yeni müqavilə təklifi almışam. Amma hələ qərarımı verməmişəm”. Bunu apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.

 

Makedoniyalı futbolçu Ağdam klubu ilə yeni sözləşmə bağlamağa tələsmir. Çünki onun gözü Türkiyə Superliqasındadı. Hazırda Türkiyə klubları ilə danışıq aparan Muarem qərarını da bundan sonra verəcək.

 

27 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirmək arzusunda olduğunu gizlətməyib: “Qarabağ”la yanaşı, başqa təkliflər də var. Xüsusən də, Türkiyədən. Superliqa təbii ki, Azərbaycan çempionatından çox güclüdü. Orda oynamaq mənim ən böyük arzum olub. Hazırda Superliqanın 3 klubundan təklif var. Amma hələ ki, Azərbaycan Kubokunun final oyunu barədə düşünürəm. Ondan sonra bütün təklifləri dəyərləndirib bir qərar verəcəm”.

 

Qeyd edək ki, Muaremlə qış fasiləsində “Eskişehirspor” maraqlansa da, “Qarabağ” onu buraxmamışdı. Eskişehir klubu bu transferi yay fasiləsində həyata keçirmək istəyir. Ağdam klubu ilə anlaşması başa çatmaq üzrə olan futbolçu Türkiyədə legioner sayılmayacağı üçün ora yollanmaq niyyətindədi.

0