[b]Runi “Qalatasaray” forması geyindi[/b] - FOTO
22.05.2015 - 12:55
[b]Runi “Qalatasaray” forması geyindi[/b] - FOTO

“Mançester Yunayted”in futbolçusu Ueyn Runinin böyük oğlu “Qalatasaray” azarkeşidi. Apasport.az saytının məlumatına görə, Kay Runinin İstanbul klubunun formasında fotoları yayılıb.

 

Belə ki, Runinin kiçik oğlu Klayın ad gününə böyük oğlu Kay məhz “Qalatasaray” formasında gedib. Mərasimi anası ilə birlikdə tərk edən Kay fotoqrafların diqqətindən yayınmayıb.

 

“Mançester Yunayted” azarkeşləri öncə bu fotoların fotoşop olduğunu güman ediblər. Ancaq sonradan məlum olub ki, Kay, doğrudan da, “Qalatasaray” azarkeşi imiş.

 

Qeyd edək ki, daha öncə futbolçu Maksi Lopesin, həmçinin Fransanın keçmiş prezidenti Nikola Sarkozinin oğlunun da “Qalatasaray” formasında şəkilləri yayılmışdı.  

0