[b]“Xəzər Lənkəran” rəsmiləri Malidə axtarışlara başladılar[/b] - FOTO
22.05.2015 - 16:05
[b]“Xəzər Lənkəran” rəsmiləri Malidə axtarışlara başladılar[/b] - FOTO

Gələn mövsümdən yenidən iddialı olmağı qarşısına məqsəd qoyan “Xəzər Lənkəran” bunun üçün artıq əməli fəaliyyətə başlayıb. Apasport.az saytı xəbər verir ki, “ağ-yaşıllar”ın idman-direktoru Yunis Hüseynov transfer çalışmaları üçün hazırda ölkə xaricindədi.

 

Klubun tərcüməçisi Elvar Quliyevlə birlikdə Maliyə yollanan Hüseynov orda bir neçə çempionat oyununu izləyəcək və bəyəndiyi futbolçuların siyahısını vətənə döndükdən sonra rəhbərliyə təqdim edəcək. 50 yaşlı mütəxəssis saytımıza açıqlamasında artıq sabahdan bu prosesə başlanacağını bildirib. O, Malidə ilk oyunu da məhz sabah izləyəcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” rəsmiləri Malidəki axtarışları başa vurduqdan sonra Portuqaliyaya yollanacaqlar.

0