Arif Əsədov: Futbolçularda motivasiya azalıb
22.05.2015 - 19:41
Arif Əsədov: Futbolçularda motivasiya azalıb

“Bu gün çox yaxşı oynadıq. Mən futbolçularımın sərgilədiyi oyundan razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” – “Neftçi” oyunundan sonra “zolaqlılar”ın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Oyunçularını təbrik edən türkiyəli mütəxəssis həmçinin “Neftçi”yə Avrkouboklarda uğur arzu edib:

“Oyunçularımı təbrik edirəm. Rəqibimiz “Neftçi”yə isə avrokubok matçlarında uğurlar arzu edirəm”.
 

“Neftçi”nin baş məşqçisi Arif Əsədov isə motivasiyasızlıqdan şikayətlənib:

 

“Çempionatın sonuna doğru gedirik. Futbolçularda motivasiya azalıb. Biz əsas diqqətimizi kubokun finalına yönəltmişik. Çempionat oyunları isə gənc futbolçular üçün şansdı. Onlar təcrübə toplamalıdılar”. 

0