“Bavariya” turneyə hazırlaşır
22.05.2015 - 20:20
“Bavariya” turneyə hazırlaşır

Almaniyanın “Bavariya” klubu yayda Çin turnesinə çıxacaq. Apasport.az saytının məlumatına görə, münhenlilər iyulun 16-23-ü aralığında Çinin bir neçə şəhərində yoldaşlıq görüşləri keçirəcək.

 

Qvardiolanın yetirmələri ilk olaraq iyulun 18-də Pekində İspaniyanın “Valensiya” klubu ilə qarşılaşacaq.

 

İkinci görüş üç gün sonra Şanxayda Milan “İnter”i ilə baş tutacaq. Turnenin son günündə isə almanların rəqibi yerli “Quançou Everqrand” klubu olacaq.

0