[b]“... AZAL Avropa Liqasına gedə bilər” [/b]– Tərlan Əhmədov
22.05.2015 - 20:32
[b]“... AZAL Avropa Liqasına gedə bilər” [/b]– Tərlan Əhmədov

“Hazırda bizim heç bir iddiamız yoxdur. Odur ki, meydançaya motivasiyasız çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-a 0:5 hesablı məğlubiyyətdən sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

 

Çempionatı başa vurmaq üçün oynadıqlarını qeyd edən gürcü mütəxəssis son oyunda daha çox gənclərə güvənəcəklərini bildirib:

“Yəqin ki, son oyunda meydançada indikindən də daha çox gənc oyunçu  görəcəksiniz. Çalışırıq ki, heyətdə qalan oyunçulardan maksimum istifadə edək, onlara şans verək”.
 

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə cari çempionatdakı son ev oyununda qələbə qazandıqları üçün məmnun olduqlarını deyib. Gənc mütəxəssis həmçinin komandanın Avrokuboklarda oynamaq perspektivi haqqında da danışıb:

 

“Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik. Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum 7 oyunçu tərk edəcək”

0