“Barselona”nın futbolçusu PSJ ilə 3 illik müqavilə bağlayacaq
23.05.2015 - 09:16
“Barselona”nın futbolçusu PSJ ilə 3 illik müqavilə bağlayacaq

“Barselona”nın braziliyalı müdafiəçisi Dani Alveş karyerasını Fransada davam etdirəcək. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu PSJ ilə ilkin razılığa gəlib.

 

Alveş Paris təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən, o, yeni klubunda ilinə 3 milyon avro məvacib alacaq.

 

32 yaşlı müdafiəçi mayın 26-da “Barselona”dan ayrılacağını rəsmən elan edəcək.

 

Qeyd edək ki, “Barselona”ya 2008-ci ildə “Sevilya”dan transfer olunan Alveş Kataloniya klubunda bu vaxta qədər 341 oyunda 20 qola imza atıb. 

0