"Barselona"nın növbəti hədəfi - Marko Verratti
23.05.2015 - 12:25
"Barselona"nın növbəti hədəfi - Marko Verratti

“Yuventus”un futbolçusu Pol Poqba ilə razılığa gəldiyi bildirilən “Barselona” bununla kifayətlənmək istəmir. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yarımmüdafiə xəttini bir qədər də gücləndirmək niyyətindədi.

 

İspanların transfer siyahısında olan digər futbolçu PSJ-nin üzvü Marko Verrattidi. “Barselona” rəhbərliyi italiyalı futbolçu ilə danışıqlara start verib.

 

Verrattinin “Barsa”ya keçməyə razı olduğu bildirilir. Ancaq PSJ rəhbərliyinin cavabından da çox şey asılıdı.  

 

Qeyd edək ki, “Peskara”nın yetirməsi olan Verratti 2012-ci ildən PSJ-nin formasını geyinir. 

0