Böyükağa Hacıyev: Oğul istəyirəm ki, atdan düşə, atlana
23.05.2015 - 13:19
Böyükağa Hacıyev: Oğul istəyirəm ki, atdan düşə, atlana

“Zirə”dən təklif almağımla bağlı yayılan söhbətlər boş söhbətlərdi. Ordan-burdan eşidirəm ki, guya baş məşqçi postuna məni gətirirlər. Halbuki mənə elə təklif gəlməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

Son iş yeri “Neftçi” olan 57 yaşlı mütəxəssis yenidən komanda çalışdırmaq istəyir. Hacıyev “Zirə”dən rəsmi təklif gələcəyi halda, razılaşacağını istisna etməyib: “Mən azərbaycanlıyam və vətənimin hər bir bölgəsindən gələn təklifi dəyərləndirməyə hazıram. “Zirə”də niyə də işləməyim? Bəli, bu komanda Premyer Liqaya yeni yüksəlir, debütantdı. Amma bu məqam məni qorxutmaz. Oğul istəyirəm ki, atdan düşə, atlana, sonra bir də düşə və yenə atlana. Debütant komanda ilə də uğur qazanmaq mümkündü. Əgər mənə belə bir təklif olsa, sübut etməyə hazıram. Məşqçi risk etməyi sevməlidi”.

 

Qeyd edək ki, baş məşqçi kimi “Bakı” və “Neftçi”ni ölkə çempionu etmiş Böyükağa Hacıyev həmçinin Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandasının çalışdırıcısı olub. 

0