[b]Hafiz Məmmədov: Bu, bizim düzgün iş apardığımızın göstəricisidi[/b]
23.05.2015 - 13:24
[b]Hafiz Məmmədov: Bu, bizim düzgün iş apardığımızın göstəricisidi[/b]

“Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

 

“Neftçi” ilə qolsuz bərabərliklə başa çatan matçdan sonra klubun rəsmi saytına danışan Məmmədov “Bakı”nın cari mövsümdəki çıxışını dəyərləndirib: “İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdı. “Bakı” döyüşkən komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidi. İnanıram ki, hazırkı heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar".

 

0