"Beşiktaş"ın futbolçusuna Xavinin yeni klubundan təklif
23.05.2015 - 15:03
"Beşiktaş"ın futbolçusuna Xavinin yeni klubundan təklif

Xavi Ernandesin keçidini həll edən “Əl-Sədd” klubu daha bir tanınmış futbolçunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytının əldə etdiyi məlumata görə, Qətər təmsilçisinin budəfəki hədəfi “Beşiktaş”ın hücumçusu Demba Badı.

 

30 yaşlı seneqallı futbolçu ilə danışıqlara start verilib. “Əl-Sədd” rəhbərliyi Banın keçidi üçün 10 milyon avro xərcləməyə hazırdı. Hələlik İstanbul klubu bu təklifə cavab verməyib.

 

Qeyd edək ki, Ba “Beşiktaş”a ötən il “Çelsi”dən transfer olunub. O, “qara qartal”ın heyətində bu vaxta qədər 40 oyunda 26 qola imza atıb. 

0