Essyen Yunanıstana köçür
23.05.2015 - 15:47
Essyen Yunanıstana köçür

“Milan”ın təcrübəli futbolçusu Maykl Essyen karyerasını Yunanıstanda davam etdirməyə çox yaxındı. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ilə “Panatinaikos” klubu maraqlanır.

 

Essyenin “rossonyerlər”lə sözləşməsinin müddəti mövsümün sonunda başa çatır. Bundan sonra azad agent statusuna malik olacaq xavbek istədiyi kluba keçə bilmək hüququna yiyələnəcək.  

 

Yunanlar Essyenə 2 illik müqavilə təklif ediblər. Əgər Qana yığmasının sabiq üzvü bu təklifə razılıq versə, yeni klubunda ilinə 1,1 milyon avro məvacib alacaq.   

0