[b]“Qarabağ”dakı rəqabətdən çəkinmirəm”[/b] – Elvin Məmmədov
23.05.2015 - 16:32
[b]“Qarabağ”dakı rəqabətdən çəkinmirəm”[/b] – Elvin Məmmədov

“Qarabağ”la anlaşdığım üçün şadam. Bu klub mənim üçün doğmadı. Əvvəllər də “Qarabağ”da oynamışam. Bu mənada, tanıdığım kluba keçirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandanın üzvü Elvin Məmmədov deyib.

 

“Qarabağ”la 2 illik müqavilə imzalayan “İnter”in yarımmüdafiəçisi mövsüm başa çatan kimi “bankirlər”i tərk edəcək. Məmmədov köhnə-yeni klubunda özünü yaxşı tərəfdən göstərəcəyinə əmindi: “Təbii ki, hazırkı “Qarabağ” mən oynadığım dövrdəki “Qarabağ”dan fərqlənir. Onda komandada daha çox yerli oyunçular çıxış edirdisə, indi səviyyəli legionerlər də heyətdə yer alırlar. Bu mənada, işim asan olmayacaq. Ancaq mən rəqabətdən çəkinmirəm. Əsas heyətə düşmək uğrunda əlimdən gələni edəcəm. “Qarabağ” məni transfer edibsə, deməli, güvənir. Mən də bu etimadı doğrultmağa çalışacam”.

 

“İnter”in hazırkı durumuna da toxunan Elvin “Qarabağ”ın Avrokubokda yenə uğurlu çıxış edəcəyini bildirib: “İnter”in dağılmasını heç birimiz istəmərik. Bu klub həmişə öz iddiasını qoruyub. Ümid edirəm ki, “İnter”in vəziyyəti düzələcək. O ki qaldı “Qarabağ”a, komanda çempion olduğu üçün Çempionlar Liqasında iştirak edəcək. Əminəm ki, “Qarabağ” yenə avrokuboklarda da sözünü deyəcək”. 

0