[b]Derlis Meza Kolli “Neftçi” yolunda[/b]
25.05.2015 - 09:49
[b]Derlis Meza Kolli “Neftçi” yolunda[/b]

Bu yaxınlarda Rauf Əliyev və Mirhüseyn Seyidovla yolları ayıran “Neftçi” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu bir neçə futbolçu ilə danışıq aparır.

 

“Ağ-qaralar”ın transfer etmək istədiyi oyunçuların siyahısında “İnter”in yarımmüdafiəçisi Derlis Meza Kollinin adı birinci yerdədi. “Ağ-qaralar” Mirhüseyn Seyidovun gedişindən sonra yaranan boşluğu məhz paraqvaylı futbolçu ilə doldurmaq arzusundadı.

 

“Neftçi” ilə danışıq aparan Meza Kollinin paytaxt klubuna keçidinin yaxın günlərdə reallaşacağı gözlənilir. Adı “Qarabağ” və “Qəbələ” ilə də birgə hallanan 27 yaşlı futbolçunun maliyyə böhranı ilə üzləşən “İnter”də qalacağı inandırıcı deyil.

 

“Ağ-qaralar” dayaq yarımmüdafiəsi mövqeyinə Meza Kollidən əlavə, daha bir futbolçu gətirməyi planlaşdırırlar. “Simurq”un üzvü Vüqar Mustafayevlə də danışıq aparan “Neftçi”nin bu keçidi də həll etmək şansı yüksəkdi. Çünki Mustafayevlə maraqlanan digər klub “Qarabağ” bu günlərdə Vüqarla eyni mövqe oyunçusu olan Coşqun Diniyevin transferini rəsmiləşdirib.

 

Tengiz MƏMMƏDOV

0