[b]Mövsümü bitirənlər[/b]
25.05.2015 - 10:25
[b]Mövsümü bitirənlər[/b]

Topaz Premyer Liqasının son turunu 8 futbolçu buraxacaq. Apasport.az saytının məlumatına görə, XXXVI tur ərəfəsində 2 futbolçu qırmızı, 6-sı sarı vərəqə üzündən cəzalı duruma düşüb.

 

“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake “Sumqayıt”la səfər oyununda ikinci sarı vərəqəyə görə meydanı tərk edib. Bu üzdən də o, “Simurq”la qarşılaşmanı buraxacaq. Zaqatala təmsilçisinin qapıçısı Amil Ağacanov da həmin görüşdə oynamayacaq. Qolkiper AZAL-la matçda meydandan qovulub.

 

“Neftçi”nin 3 üzvü – Denis Silva, Ernest Nfor və Kaue da Silva mövsümdə 4-cü sarı vərəqəni aldığından AZAL-la son turun matçında çıxış etməyəcək. “İnter”in gürcüləri Georgi Lomya və Baçana Sxadadze üçün də mövsüm bitib. 4-cü sarı vərəqəni alan legionerlər “Sumqayıt”la qarşılaşmada meydana çıxmayacaq. “Bakı” isə Georgios Pelagiosu itirib. 8-ci xəbərdarlığı alan futbolçu “Qəbələ”yə qarşı oynamayacaq.

 

0