[b]Mehman Allahverdiyev: “Dalğa Arena”da 5-6 ev oyunu keçirməyi planlaşdırırıq[/b]
25.05.2015 - 11:53
[b]Mehman Allahverdiyev: “Dalğa Arena”da 5-6 ev oyunu keçirməyi planlaşdırırıq[/b]

“Gəncədəki stadionun ciddi təmirə ehtiyacı var. Yaxın günlərdə bu işlərə start veriləcək”. Bunu apasport.az saytına “Kəpəz”in prezidenti Mehman Allahverdiyev deyib.

 

Gələn mövsüm Premyer Liqada iştirak edəcək “Kəpəz” ilk turlarda rəqiblərini “Dalğa Arena”da qəbul edəcək.

 

Klub prezidenti bu vəziyyətin uzun sürməyəcəyini düşünür: “Dalğa Arena”da 5-6 ev oyunu keçirməyi planlaşdırırıq. Həmin müddətdə də stadionumuzda işlər tamamlanmalıdı. Gəncə stadionunun əsas problemi oturacaqlarla bağlıdı. Onları dəyişdirəcəyik. Hesab edirəm ki, ot örtüyümüz normaldı və bir az əl gəzdirməklə meydançanı qaydaya salmaq olar. Amma yenə də son sözü bu sahə üzrə mütəxəssislər deyəcək. Maliyyə dəstəyimiz güclü olsa, stadionu hətta daha tez hazır vəziyyətə gətirə bilərik. Əsas arenanın yanında süni örtüklü bir meydança da tikiləcək. Orda əsasən əvəzedicilər və aşağı yaş qrupu üzrə komandalar iştirak edəcəklər”.

0