“Barselona” Dani Alveşə əvəzləyici tapdı
25.05.2015 - 12:28
“Barselona” Dani Alveşə əvəzləyici tapdı

Dani Alveşlə yolları ayıran “Barselona” ona əvəzləyici tapıb. Apasport.az saytı xəbər verir ki, kataloniyalılar “Sevilya”nın futbolçusu Aleks Vidalı transfer etmək niyyətindədilər.

 

25 yaşlı futbolçu ilə danışığa artıq start verilib. Vidalın “Barsa”nın təklifinə razılıq verdiyi bildirilsə də, “Sevilya” rəhbərliyi hələ ki, cavabını açıqlamayıb.

 

Barselonalılar isə bu keçidi nəyin bahasına olursa-olsun, həll etmək istəyirlər.

 

Qeyd edək ki, “Espanyol”un yetirməsi olan Vidal ötən ildən “Sevilya”nın şərəfini qoruyur. O, Əndəlus klubunun heyətində La Liqanın cari mövsümündə 24 oyunda 3 qola imza atıb. 

0