Bakı-2015: Son hazırlıqlar üçün Türkiyə seçildi
25.05.2015 - 13:22
Bakı-2015: Son hazırlıqlar üçün Türkiyə seçildi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Oyunlarına hazırlığın son mərhələsini Türkiyədə keçəcək. Apasport.az saytının məlumatına görə, Bülənt Karslıoğlunun başçılıq etdiyi komanda sabah İstanbula yola düşəcək.

 

Voleybolçularımız burada təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçları da keçirəcək. Millimiz mayın 31-də Bakıya dönəcək və iyunun əvvəlindən Atletlər kəndində məskunlaşacaq.  

 

Qeyd edək ki, yığmamız Avropa Oyunlarında Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə ilə A qrupunda yer alıb. 

0