[b]Topaz Premyer Liqası: Finiş Lənkərandadı[/b]
25.05.2015 - 13:31
[b]Topaz Premyer Liqası: Finiş Lənkərandadı[/b]

Topaz Premyer Liqasında XXXVI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün son turunun qarşılaşmaları eyni gündə baş tutacaq.

 

Çempionata yekun vurulacaq tur “Sumqayıt” – “İnter” matçı ilə başlayacaq. Ardınca bürünc medallara iddiaçılar “Qəbələ” və “Neftçi”nin ev oyunları eyni vaxtda başlayacaq.

 

Əyalət klubu “Sumqayıt”ı, bakılılar isə AZAL-ı qəbul edəcək. Mövsümün finişi isə Lənkəranda olacaq. Çempionatın saat 21:00-da başlayacaq son görüşündə “Xəzər Lənkəran” “Simurq”u qəbul edəcək.

 

XXXVI tur

 

28 may (cümə axşamı)

 

19:00. “Sumqayıt” – “İnter”
“Kapital Bank”

 

20:00. “Neftçi” – AZAL
“Bakcell Arena”

 

20:00. “Qəbələ” – “Bakı”
Qəbələ şəhər stadionu

 

21:00. “Xəzər Lənkəran”– “Simurq”
“Xəzər Lənkəran” mərkəzi stadionu

0