[b]Mombonqo dubl etsə...[/b]
25.05.2015 - 13:54
[b]Mombonqo dubl etsə...[/b]

Topaz Premyer Liqasının sonuncu turu çempionatın ən məhsuldar hücumçusunun da adına aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, bombardirlər yarışının bitdiyini düşünənlər olsa da, “Simurq”un qapısına 4 qol vuran Freddi Mombonqo şəxsi titul uğrunda mübarizəyə qoşulub.

 

AZAL-ın konqolu legioneri son tur ərəfəsində Nurlan Novruzovdan 2 qol geri qalır. Draqan Çeranın ölkəmizi tərk etdiyini nəzərə alsaq, Freddi autsayderin zirvədə qərarlaşan futbolçusu üçün ən real təhlükədi.

 

Mombonqo son turda dubla imza atsa, çempionatın bombardiri adına yiyələnə bilər. Düzdü, rəqib “Neftçi”di. Amma legioner bunu bacarsa, Novruzov isə Qəbələdə eyniadlı komanda ilə matçda fərqlənməsə, Freddi 1-ci olacaq.

 

Çünki qaydalara əsasən, bir neçə futbolçu eyni sayda qol vurubsa, oyun sayına baxılır və daha az matça çıxan üstünlük qazanır. Mombonqo Novruzovdan az oynadığından bu üstünlük onun tərəfinə keçəcək.

 

Yeri gəlmişkən, qol və oyun sayı bərabər olduqda isə penaltidən daha az fərqlənən öndə qərarlaşır.

 

3 oyunçu isə son tura poker xəyalı ilə çıxacaq. Cəzası başa çatan Nikolas Kanales (“Neftçi”) AZAL, Cavid Hüseynov (“Qəbələ”) “Bakı”, Məhəmməd Qurbanov (“Sumqayıt”) “İnter”lə qarşılaşmada 4 qol vurmağa çalışacaq.

 

Nikolas və Məhəmməd bunu bacarsa, Nurlanı əlavə göstəricilərdə arxada qoyacaq. Cavid isə pokerlə yanaşı, Nurlanın meydanda olmasını gözləməlidi.

 

Topaz Premyer Liqası: 10 və daha çox qol vuranlar

 

yer

futbolçu

qol

oyun

penaltidən

1

Nurlan Novruzov

15

29

5

2

Draqan Çeran

14

25

4

3

Freddi Mombonqo

13

27

0

4

Nikolas Kanales

11

27

1

5

Məhəmməd Qurbanov

11

28

2

6

Cavid Hüseynov

11

28

6

7

Reynaldo Silva

10

23

1

8

Corc Leroy

10

27

0

 

0