“Qəbələ”nin 8 futbolçusu yığmada
25.05.2015 - 15:43
“Qəbələ”nin 8 futbolçusu yığmada

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nazim Süleymanov bu postda ilk toplanışına 33 oyunçu dəvət edib.

 

Mayın 29-dan 31-nə qədər Bakıda təşkil ediləcək seleksiya xarakterli təlim-məşq toplanışında yalnız yerli klubların oyunçuları iştirak edəcəklər. Milliyə ən çox oyunçu verən klub “Qəbələ”di. Süleymanov “Qəbələ” Futbol Akademiyasının 8 üzvünə dəvət göndərib. Premyer Liqanın debütantı “Bakı” akademiyasının isə 7 oyunçusu U-19-a çağırılıb.

 

Toplanışa dəvət olunan futbolçular bunlardı: Elnur Orucov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Ayxan Əsədov, Sahil Mirzəyev, Emin Zamanov, Mirəli Məmmədzadə, Roman Hüseynov (hamısı “Qəbələ”), Mahir Mədətov, Umar Akmurzayev, Qurban Hüseynov, Emil Əliyev, Famil Camalov, Yaşar Quliyev, Nicat Süleymanov (hamısı “Bakı”), Eltun Turabov, Elçin İsmayılov, Kamran Nəsirov, Elmir Namazov (hamısı “Qarabağ”), Sərtan Taşkın, Fərid Abbaslı, Ruzigar İbrahimzadə, İlkin Sadıqov (hamısı “İnter”), Röyal Əlizadə, Heydər Babayev, Milad Bayramov (hamısı “Xəzər Lənkəran”), Rəsul Babazadə, Ravil Yusifli, Tural Məmmədov (hamısı “Simurq”), Elvin Sərkərov, Kamran Nəcəfzadə (hər ikisi “Neftçi”), Xəyal Nəcəfov (“Sumqayıt”), İsmayıl İbrahimli (AZAL).

0