[b]Elvin Yunuszadə “Xəzər Lənkəran”a keçir [/b]
25.05.2015 - 16:20
[b]Elvin Yunuszadə “Xəzər Lənkəran”a keçir [/b]

Gələn mövsüm yenidən çempionluğa iddia edəcək “Xəzər Lənkəran” transfer çalışmalarına başlayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın hədəfində olan futbolçulardan biri də “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadədi.

 

İdman direktoru Yunis Hüseynov Malidə axtarışlarını davam etdirdiyi bir vaxtda rəhbərlik daxili bazarda da fəallıq nümayiş etdirmək istəyir. “İnter”in qapıçısı Səlahət Ağayevlə danışıqlar aparan cənub təmsilçisi Yunuszadənin artıq ilkin razılığını alıb. Lakin milli komandamızın müdafiəçisi hələ də “Neftçi”dən transfer vərəqəsini ala bilmədiyi üçün bu keçid yubanır.

 

Qeyd edək ki, “Neftçi”nin bu yaxınlarda transferə çıxardığı 3 futbolçudan biri də Elvin Yunuszadə olub. Lakin ondan fərqli, Rauf Əliyev və Mirhüseyn Seyidov transfer vərəqəsini alıb.

 

Ruslan SADIQOV

0