Ançelotti: Əməliyyatı gecikdirsəm, ayaqlarım da əsməyə başlayacaq
25.05.2015 - 17:19
Ançelotti: Əməliyyatı gecikdirsəm, ayaqlarım da əsməyə başlayacaq

“Məşqçiliyə bir illik fasilə verməyi düşünürəm. Bunun üçün tutarlı səbəblərim var”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ından ayrılacağı gözlənilən baş məşqçi Karlo Ançelotti deyib.

 

İtaliyalı çalışdırıcı “kral klubu”nu tərk edəcəyini istisna etməyib. Ançelotti istirahətə ehtiyacının olduğunu bildirib: “Onurğa sütunumda problem var, əməliyyat olunmalıyam. Əllərim buna görə əsir. Vaxt itirmək olmaz. Geciksəm, ayaqlarımda da eyni hal müşahidə oluna bilər. Buna görə də, həkimlə danışıb, əməliyyata razılıq vermişəm. Açığı, neçə müddət hərəkətsiz qalacağımı və reabilitasiya prosesinin nə qədər çəkəcəyini bilmirəm. Əməliyyatım Vankuverdə olacaq. Orda həyat yoldaşımla evimiz var”.

 

Ançelotti “Real”da işləməyin çətin olduğunu etiraf edib: “Real”da çalışdığım 2 il çox çətin keçdi. Heç kim təsəvvür edə bilməz ki, “Real”da işləmək insanın nə qədər əsəbini və gücünü əlindən alır. Bunu ancaq işləyənlər bilər”.

 

  

0