Premyer Liqaya yeni komanda “play-off”la yüksəldi
25.05.2015 - 20:29
Premyer Liqaya yeni komanda “play-off”la yüksəldi

İngiltərə Premyer Liqasına yüksələn növbəti komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Çempionşipdə “play-off” oyununda “Midlsbro” üzərində 2:0 hesablı qələbə qazanan “Norviç” elitaya yüksələn üçüncü komanda olub.

 

Aleks Nilanın komandası bu mövsüm aşağı divizonda 3-cü yeri tutaraq “play-off”da oynamağa haqq qazanmışdı.


Elitaya yüksəlməklə klub həm də büdcəsini 120 milyon funt-sterlinq məbləğində zənginləşdirib.

0