Con Terri əvəzolunmazdı
25.05.2015 - 21:25
Con Terri əvəzolunmazdı

“Çelsi”nin müdafiəçisi Con Terri bu mövsüm Premyer Liqada bütün oyunları əvəzolunmadan keçirib. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, London klubunun kapitanı meydana çıxdığı 38 oyunun hər birində 90 dəqiqə meydanda olub.

 

Bu göstərici ilə Terri Premyer Liqa tarixində analoji uğura imza atan 2-ci sahə oyunçusu olub.

 

Daha əvvəl isə “Mançester Yunayted”in keçmiş müdafiəçisi Hari Pallister çıxdığı bütün oyunları əvəzolunmadan keçirmişdi.

0