“Borussiya Dortmud” “Barselona” və “Real Madrid”i qabaqladı
25.05.2015 - 21:51
“Borussiya Dortmud” “Barselona” və “Real Madrid”i qabaqladı

“Borussiya Dortmund”un stadionu “Siqnal İduna Park” 2014/15 mövsümündə Avropanın ən çox azarkeş gələn stadionu olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, dortmundluların hər ev oyununu orta hesabla 80.425 azarkeş izləyib.

 

Bu göstəricidə ikinci yeri “Barselona”nın məbədi “Nou Kamp” tutub – orta hesabla hər oyuna 79.191 nəfər.

 

Üçüncülük isə “Mançester Yunayted”in arenası “Old Trafford”a məxsusdur – 75.335 nəfər.

 

İlk beşliyi isə “Alyans Arena” (“Bavariya”) – 72.882 və “Santyaqo Bernabeu” (“Real Madrid”) – 72.618 tamamlayır.

0