FİFA üçqat cəza qaydasını dəyişmədi
26.05.2015 - 08:14
FİFA üçqat cəza qaydasını dəyişmədi

FİFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda futbol qaydalarındakı üçqat cəza məsələsi müzakirə olunub.

 

Komitə üzvləri cərimə meydanındakı qayda pozuntusunun penalti, qırmızı vərəqə və oyunçunun diskvalifikasiyası ilə nəticələnməsinin düzgün olduğu qənaətinə gəlib.

 

Belə ki, xeyli müddətdi bu cəzanın həddən ağır olduğunu iddia edənlər üçqat cəzanın yüngülləşdirilməsini istəyir. Bu ilin fevralında Beynəlxalq Futbol Assosiasiyaları Şurası da cəzanın yüngülləşdirilməsinə razılıq vermişdi.

 

Konkret olaraq, diskvalifikasiyanın ləğvi gündəmə gəlmişdi. Lakin FİFA qaydaları dəyişməməyi lazım bilib.

 

0