[b]Yığmamızın rəqibinin heyəti açıqlandı[/b]
26.05.2015 - 09:00
[b]Yığmamızın rəqibinin heyəti açıqlandı[/b]

Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızla eyni qrupda yer alan xorvatlar prinsipial matça hazırlaşırlar.

 

Baş məşqçi Niko Kovaç iyunun 7-də Cəbəllütariqlə yoxlama görüşü, 12-də isə İtaliyaya qarşı seçmə mərhələ oyunu üçün 30 futbolçuya dəvət göndərib. Komanda iyunun 3-də Zaqrebdə bir araya gələcək. Yalnız Rakitiç, Srna, Vida, Pranyiç və Şildenfeld ayın 8-də kollektivə qoşulacaqlar. Yəni adıçəkilən oyunçular Cəbəllütariqlə qarşılaşmada iştirak etməyəcəklər.

 

Ən diqqətçəkən məqam “zolaqlılar”ın lideri Luka Modriçin çağırılmamasıdı. Zədə səbəbindən uzun müddətdi yaşıl meydanlardan kənarda qalan ulduz futbolçunu həkimlər İtaliya ilə vacib qarşılaşmaya yetişdirə bilməyiblər.

 

Xorvatiya millisinin heyəti belədi:

Qapıçılar: Daniel Subaşiç (“Monako”, Fransa), Lovre Kaliniç (“Hayduk”), İvan Varqiç (“Riyeka”)

Müdafiəçilər: Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Tin Jedvaj (“Bayer”, Almaniya), Marin Leovaç, İvan Tomeçak (hər ikisi “Riyeka”), Deyan Lovren (“Liverpul”, İngiltərə), Daniel Pranyiç, Qordon Şildenfeld (hər ikisi “Panatinaikos”, Yunanıstan), Dario Srna (“Şaxtyor”, Ukrayna), Domaqoy Vida (“Dinamo”, Ukrayna), Şime Vrsaljko (“Sassuolo”, İtaliya)

Yarımmüdafiəçilər: Milan Badelj (“Fiorentina”, İtaliya), Marselo Brozoviç, Mateo Kovaçiç (hər ikisi “İnter”, İtaliya), Alen Haliloviç, İvan Rakitiç (hər ikisi “Barselona”, İspaniya), Mato Jajalo (“Palermo”, İtaliya), Mario Pasaliç (“Elçe”, İspaniya), Marko Roq (“Split”)

Hücumçular: Nikola Kaliniç (“Dnepr”, Ukrayna), Andrey Kramariç (“Lester”, İngiltərə), Mario Mandzukiç (“Atletiko”, İspaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), İvan Perişiç (“Volfsburq”, Almaniya), Marko Pyaça (“Dinamo”), Ante Rebiç (“Leipziq”, Almaniya), Anas Şarbini (“Riyeka”), Mario Şitum (“Spezia”, İtaliya).

 

Qeyd edək ki, 5 turdan sonra Xorvatiya 13 xalla H qrupuna liderlik edir. Onların iyunun 12-də qəbul edəcəyi İtaliya yığması isə 11 xalla ikinci pillədə qərarlaşır.

0