[b]“İnter”də əcnəbi qalmadı![/b]
26.05.2015 - 10:29
[b]“İnter”də əcnəbi qalmadı![/b]

Topaz Premyer Liqasında son tur öncəsi “İnter”də islahatlara start verilib. Apasport.az saytının məlumatına görə, “bankirlər” “Sumqayıt”la qarşılaşmaya yalnız yerli futbolçularla çıxacaq.

 

Belə ki, baş məşqçi Kaxaber Sxadadze başda olmaqla, bütün əcnəbi futbolçular artıq düşərgəni tərk ediblər. Həm çalışdırıcı, həm də futbolçular komanda ilə vidalaşaraq vətənlərinə yollanıblar.

 

Bu məlumatı saytımıza açıqlamasında paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, digər klublarla anlaşan yerli futbolçular son turda “İnter”in formasını geyinəcəklər: “Yerlilərin hamısı düşərgədədi. Əcnəbilərdən yalnız köməkçi məşqçi Zaur Svanadze burdadı. “Sumqayıt”la oyuna da komandanı meydançaya o və Roman Cəfərov çıxaracaq”.

 

Qeyd edək ki, “Sumqayıt” – “İnter” matçı mayın 28-də keçiriləcək.

 

Ruslan SADIQOV

0