[b]Branimir Subaşiç “Manisaspor”dan rəsmən ayrıldı[/b]
26.05.2015 - 11:54
[b]Branimir Subaşiç “Manisaspor”dan rəsmən ayrıldı[/b]

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin “Manisaspor”dakı karyerası rəsmən başa çatıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, serb əsilli hücumçu ilə yollar ayrılıb.

 

Belə ki, mövsümün nəticələrinə əsasən, PTT I Liqadakı yerini itirən “Manisaspor” ilk olaraq, əcnəbi futbolçularla əməkdaşlığa son qoyub. Subaşiçlə yanaşı, Nikola Mikiç və Nikolay Dimitrov da daha Manisa klubunun formasını geyinməyəcək.

 

“Tarzanlar” həmçinin icarə əsasında çıxış edən futbolçularla da əməkdaşlığa son qoyublar.

 

Növbəti mövsümdə PTT II Liqada çıxış edəcək “Manisaspor”un hazırkı baş məşqçi Taner Taşkını postunda saxlayıb-saxlamayacağı isə hələ bəlli deyil. 

0