Berluskoni təsdiqlədi: Qalliani Madridə Ançelottiyə görə gedib
26.05.2015 - 13:58
Berluskoni təsdiqlədi: Qalliani Madridə Ançelottiyə görə gedib

“Milan”ın vitse-prezidenti Adriano Qalliani “Real”dan yenicə ayrılan baş məşqçi Karlo Ançelotti üçün Madridə gedib. Apasport.az saytı xəbər verir ki, bu məlumatı “rossonyerlər”in sahibi Silvio Berluskoni də təsdiqləyib.

 

O, Ançelottinin yenidən “Milan”a qayıdacağına inandığını bildirib: “Ümid edirəm ki, Qalliani Ançelottini “Milan”a qayıtmağa razı sala biləcək. Qalliani hazırda bu məslə ilə məşğul olur. Amma bizim yeganə namizədimiz Ançelotti deyil. Onunla anlaşa bilməsək, siyahımızda olan digər 4 məşqçi ilə danışığa başlayacağıq”.

 

İtaliya mətbuatı “Milan”ın Ançelottiyə 3 illik müqavilə təklif etdiyini yazıb. Təcrübəli mütəxəssis buna razılıq versə, rəhbərlik yeni transferlər üçün 120 milyon avro ayıracaq.

0