Falkao oynamaq istədiyi klubun adını açıqladı
26.05.2015 - 15:02
Falkao oynamaq istədiyi klubun adını açıqladı

“Mançester Yunayted”dən ayrılacağı dəqiqləşən Radamel Falkao “Monako”ya qayıtmaq istəmir. Apasport.az saytı xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını İngiltərədə davam etdirmək arzusundadı.

 

Belə ki, 29 yaşlı futbolçu “Çelsi”də oynamaq istəyir. Falkao bunun baş tutması üçün məvacibinin az olmasına da razıdı.

 

Falkao ilə “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun agenti eyni şəxsdi. Bu səbəbdən keçidin baş tutmaq ehtimalı yüksək dəyərləndirilir.

 

Qeyd edək ki, “Mançester Yunayted” Falkaonun icarə müqaviləsini yeniləmək fikrində deyil. 

0