[b]“Qarabağ”dan 4-cü rəsmi transfer: 3 illik müqavilə bağladım[/b]
26.05.2015 - 16:07
[b]“Qarabağ”dan 4-cü rəsmi transfer: 3 illik müqavilə bağladım[/b]

Premyer Liqanın çempionu “Qarabağ” mövsüm başa çatmamış 4-cü transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu “Simurq”un yarımmüdafiəçisi Vüqar Mustafayevi heyətinə cəlb edib.

 

Bununla bağlı saytımıza açıqlama verən gənc futbolçu özü məlumatı təsdiqləyib: “Yenicə görüşüb anlaşdıq. “Qarabağ”la üçillik müqavilə imzaladım”.

 

21 yaşlı oyunçu komandada ciddi rəqabətin olmasına baxmayaraq, əsas heyət uğrunda mübarizə aparacağını deyib: “Bilirəm ki, komanda Coşqun Diniyevi transfer etdi. Ondan başqa mənim mövqeyimdə Qara Qarayev və Namiq Yusifov kimi güclü oyunçular da var. Bu rəqabətin mənim daha sürətli inkişafıma təkan verəcəyinə inanıram. Baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmağa çalışacam”.

 

Qeyd edək ki, “Qarabağ” Vüqardan əvvəl “İnter”in 3 futbolçusu – Elvin Məmmədov, Coşqun Diniyev və Azər Salahlını heyətinə cəlb etmişdi.

0